NURSİ SƏİD

(1293/1876 – 1379/1960) – yeni dövrün müsəlman maarifçisi və ictimai- siyasi xadimi olmuşdur. O, Bitlisin yaxınlığındakı Nurs kəndində doğulmuşdur. Erkən yaşlarından başlayaraq ilahiyyat elmlərinə maraq göstərmiş, yaxşı yaddaşı ilə seçilmişdir. O, rəsmi məktəblərdə oxumamış, bilikləri müxtəlif müəllimlərindən almışdır. Daha sonra özü üzərində işləyərək İslam təliminin müxtəlif sahələri üzrə çoxlu sayda əsərlər oxumuşdur. 1325/1907-ci ildə Səid Nursi İstanbula getmiş, orada qonaq evlərinin birində yaşamış, müxtəlif adamlarla görüşmüş, onların problemləri ilə tanış olmuş, dini-fəlsəfi və siyasi düşüncələrini ortaya qoymuşdur. O həm də qəzet və jurnallarda dərc olunmuş, siyasi proseslərə də qoşulmuşdur. Onu hətta bütün bunlara görə “Bədiüz-zaman” (zamanını möcüzəsi) da adlandırırdılar. Birinci dünya müharibəsi başlayanda Səid Nursi Vanda yaşayırdı. Orada o, müəllimlik fəaliyyəti ilə məşğul olur, həm də müharibəyə insanların göndərilməsini təşkil edirdi. O özü də vuruşmuş, Bitlis uğrunda gedən döyüşlərdə ruslara əsir düşmüşdür. Üç ildən sonra əsirlikdən buraxılmış və İstanbula qayıtmışdır. Osmanlı imperiyası birinci dünya müharibəsində məğlub olandan sonra İstanbulu ingilis qoşunu işğal etmişdir. Səid Nursi başqa yurddaşları ilə onlara qarşı mübarizəyə qalxmış, onlara qarşı ideoloji təbliğat aparmışdır. O dövrlərdə Anadoluda artıq istiqlal uğrunda mübarizə başlamışdır. Ancaq ingilislərin basqısı altında olan Osmanlı Sultanı və din xadimləri bu azadlıq uğrunda mübarizəyə qalxmış insanları qiyamçı adlandırmış, bu barədə fətva da vermişdirlər. Bu zaman Səid Nursi Osmanlı Sultanı və dini xadimlərinə qarşı çıxış etmişdir. O, türk xalqının mübarizəsinin şəriətə uyğun olması haqqında öz fətvasını vermişdir. Səid Nursinin addımını Türkiyə Böyük Millət Məclisi (TBMM) yüksək dəyərləndirilmiş, Mustafa Kamal Səid Nursini Ankaraya dəvət etmişdir. 1340/1922-ci ildə Ankaraya gəlmiş Səid Nursi Türkiyənin yeni hakimiyyəti ilə anlaşa bilməmiş, dünyəvilik siyasətinə qarşı çıxmışdır. O, Türkiyədə şəriət ilə ölkənin idarə olunmasının tərəfdarı olmuş, bu barədə o bəzi əsərlər də yazmışdır. Sonra Səid Nursi Vana getmiş, orada siyasi ittihamla İsparta vilayətinə sürgün edilmişdir. Burada o, İslam ilahiyyatına aid olan çoxlu sayda kitablar yazmış, dünyəviliyi pisləmişdir. Türkiyənin dünyəvi hakimiyyətinə qarşı apardığı fəaliyyətinə görə məhkəmələrə cəlb edilmiş və sürgün edilmişdir. Sürgün həyatını yaşayan zaman Səid Nursi ən böyük əsəri olan “Risaleyi-Nur” kitabını tamamlamışdır. Bu kitabda o, Quran ayələrini və klassik İslam irsinin müasir zamanın tələblərinə uyğun təfsir etmişdir. Səid Nursi 1379/1960-cı ildə Urfada vəfat etmişdir. Onun vəfatından sonra davamçıları onun irsini davam etdirərək “Nurçuluq” adlanan dini-ictimai hərəkatı formalaşdırmışdırlar. Hazırda, bu hərəkat dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. “Risaleyi-Nur” əsəri nurçuluq hərəkatının maarifçi fəaliyyətinin əsas mənbəyidir.
NUH
NURÜL-MƏHƏMMƏDİ
OBASTAN VİKİ
Səid Nursi
Bedîuzzeman Seîd Nûrsî və ya Bedîuzzeman Seîdê Kurdî (azərb. Səid Nursi‎; 1877 – 23 mart 1960, Şanlıurfa) — İslam alimi və filosofu, Risale-i Nur Külliyatının müəllifi və Nur Camaatının ustadı. Risalə-i Nurun İslami məsələlərə yanaşması seçici və ya tənqidi deyil, dəstəkləyici və meydan oxuyandır. O qədər ki, qərəzsizlik belə, onun fikrincə, şeytani bir hiylədir, küfrlə bərabərdir. Səid Nursinin Mucizat-ı Əhmədiyyə kimi risalələrində istifadə etdiyi bəzi rəvayətlər məsəl ənənəsinin əks olunmasından ibarətdir. Bu ənənənin özəlliyi ictimaiyyəti incidən aşkar faktlarda deyil, əksinə povestlərindən sonra tamaşaçıdan yığdıqları pulun miqdarını artıran, duyğularını sığallayan, şişirdən, bəzən ağlatdıran ətraflı dramatik hekayələr verir. Lətifələr əsasən peyğəmbərlik dəlilləri (Delail En Nubuwwa) kimi sahələrdə istehsal edilmişdir. Məsələn, Huneyn döyüşündə Məhəmmədin atdığı bir ovuc çınqıl bütün kafirlərin gözünə bir-bir daxil olur. "Bədiüzzaman", "Molla Səid", "Molla Səidi Məşhur", "Səidi Kürdi", "Səidi Nursi" ləqəbləriylə xatırlanmışdır. Zamanla "zamanın xariqəsi" mənasını verən Bədiüzzaman ləqəbi adıyla birlikdə deyilmişdir.
Bədiüzzaman Səid Nursi
Bedîuzzeman Seîd Nûrsî və ya Bedîuzzeman Seîdê Kurdî (azərb. Səid Nursi‎; 1877 – 23 mart 1960, Şanlıurfa) — İslam alimi və filosofu, Risale-i Nur Külliyatının müəllifi və Nur Camaatının ustadı. Risalə-i Nurun İslami məsələlərə yanaşması seçici və ya tənqidi deyil, dəstəkləyici və meydan oxuyandır. O qədər ki, qərəzsizlik belə, onun fikrincə, şeytani bir hiylədir, küfrlə bərabərdir. Səid Nursinin Mucizat-ı Əhmədiyyə kimi risalələrində istifadə etdiyi bəzi rəvayətlər məsəl ənənəsinin əks olunmasından ibarətdir. Bu ənənənin özəlliyi ictimaiyyəti incidən aşkar faktlarda deyil, əksinə povestlərindən sonra tamaşaçıdan yığdıqları pulun miqdarını artıran, duyğularını sığallayan, şişirdən, bəzən ağlatdıran ətraflı dramatik hekayələr verir. Lətifələr əsasən peyğəmbərlik dəlilləri (Delail En Nubuwwa) kimi sahələrdə istehsal edilmişdir. Məsələn, Huneyn döyüşündə Məhəmmədin atdığı bir ovuc çınqıl bütün kafirlərin gözünə bir-bir daxil olur. == Həyatı == "Bədiüzzaman", "Molla Səid", "Molla Səidi Məşhur", "Səidi Kürdi", "Səidi Nursi" ləqəbləriylə xatırlanmışdır. Zamanla "zamanın xariqəsi" mənasını verən Bədiüzzaman ləqəbi adıyla birlikdə deyilmişdir.
Səid
Səid və ya Səyid (ərəb. سعيد‎, Sa‘īd) — kişilərə verilən ərəbcə mənşəli şəxsi ad. Mənası "xoşbəxt", "uğurlu" və ya "mübarək"dir. Adın qadın versiyası Səidədir (ərəb. سعیدة‎). Latınca ekvivalenti "Feliks" və Yunanca ekvivalenti "Makariyos"dur. Bu adı olan məşhur insanlar Səid Səid Nursi — İslam alimi və filosofu. Səid Rüstəmov — Bəstəkar, dirijor, pedaqoq. Səid Ünsizadə — Şamaxı hakimi. Səid Mətinpur — Cənubi Azərbaycanlı insan hüquqları fəalı və jurnalist.
Eduard Səid
Eduard Səid (ərəb. إدوارد وديع سعيد‎; 1 noyabr 1935[…], Qüds – 25 sentyabr 2003[…] və ya 24 sentyabr 2003, Nyu-York, Nyu-York ştatı) — Fələstinli-amerikalı ədəbi nəzəriyyəçi və fələstinlilərin hüquqları müdafiəçisi. O,Kolumbiya Universitetində İngilis dili və Müqayisəli Ədəbiyyat professoru və Müstəmləkəçilik-sonrası nəzəriyyəsinin qurucu şəxslərindən idi.Robert Fisk, onu fələstinlilərin "ən güclü siyasi səsi" kimi təsvir edib. Səid təsirlimədəni tənqidçi və müəllif ki ən yaxşı Şərqşünaslıq (1978) adlı kitabına görə tanınmışdır. Kitab onun Şərqşünaslıqa barə təsirli ideyaların, qəribitədqiq şərqi mədəniyyətlərindəni təqdim edir. Eduard Səid 1 noyabr 1935-ci ildə Qərbi Qüdsdə xristian ailəsində anadan olub. Uşaq vaxtdı Anqlikan-Protestant kimi vəftiz olunub. Onun atası zəngin iş adamı, Yerusəlimdən olan Vadi Səid, anası isə Nazaretli Hilda Musa olmuşdur. Ailəsi 1947-ci ilin dekabrında Fələstindən Misirə köçüb və Qahirədə məskunlaşıb. Leykoz xəstəliyindən əziyyət çəkən və uzun və ağrılı müalicə kursu keçən Səid 2003-cü il sentyabrın 23-də Nyu-Yorkda vəfat edib.
Məhəmməd Səid
Məhəmməd Saed Mərağeyi −1883–1973 — محمد ساعد مراغه‌ای — iki dəfə İranın Baş Naziri, səkkiz dəfə Xarici İşlər Naziri, bir dəfə Daxili İşlər naziri, dörd dəfə xarici ölkələrdə səfir, dörd dəfə Senat Məclisi və bir dəfə Məclisin nümayəndəsi olmuşdur. Məhəmməd Saed, (Saedülvizarə) Marağada və ya da Tiflisdə anadan olmuşdur. Əslən azərbaycanlı, atası Məhəmmədkazım Qazi idi. Atası və babası Azərbaycanın yüksək səviyyəli münsif və hakimlərindən idi. İsveçrənin Lozann Universitetində təhsil almışdır. Məhəmməd Saidin uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası burada başlanmışdır. Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi (Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M. S. Marağayi konsulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qırğınların qarşısının alınmasında fəal iştirak etmişdir. 1994-cü ildə Tehranda nəşr etdirdiyi "Siyasi xatirələr"ində 1918-ci il mart faciələri günlərində şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edilməsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş, bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdir. Qanlı mart hadisələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi şəhəri kütləvi surətdə tərk etməyə başlamışdır.
Nuri Səid
Nuri Səid (ərəb. نوري السعيد‎‎; dekabr 1888 və ya 1888, Bağdad – 15 iyul 1958[…], Bağdad) — İraq siyasi və dövlət xadimi. 1930–1958-ci illərdə fasilələrlə 8 dəfə İraq hökumətinə başçılıq etmiş, dəfələrlə xarici işlər naziri və hərbi nazir olmuşdur. Nuri Səid 1888-ci ilin dekabr ayında Osmanlı imperiyası tərkibində olan Bağdad şəhərində anadan olmuşdur. O, hakimiyyət dövründə İraqda İngiltərə ağalığının mənafeyinin qızğın tərəfdarı olmuşdur. Səid Bağdad paktının yaradılmasının təşəbbüsçülərindən idi. O, ölkədə kommunist hərəkatı boğmaq siyasəti yeritmişdir. Səid 1958-ci il İraq inqilabı zamanı, 15 iyulda, 69 yaşında, anadan olduğu Bağdad şəhərində üsyançılar tərəfindən öldürülmüşdür. Batatu, Hanna: The Old Social Classes and New Revolutionary Movements of Iraq, al-Saqi Books, London, 2000, ISBN 0-86356-520-4 Gallman, Waldemar J.: Iraq under General Nuri: My Recollection of Nuri Al-Said, 1954–1958, Johns Hopkins University Press, Baltimore, 1964, ISBN 0-8018-0210-5 Lukutz, Liora: Iraq: The Search for National Identity, pp. 256-, Routledge Publishing, 1995, ISBN 0-7146-4128-6 O'Sullivan, Christopher D. FDR and the End of Empire: The Origins of American Power in the Middle East.
Port-Səid
Port-Səid - (ərəb. بورسعيد‎‎‎) - Misirin Port-Səid vilayətinin mərkəzidir. Süveyş kanalının yaxınlığında yerləşmişdir. Əhalisi 500 000 nəfərdir.
Qurban Səid
Qurban Səid — ilk dəfə 1937-ci ildə Avstriya naşiri E. P. Tal tərəfindən alman dilində nəşr edilən "Əli və Nino" romanının müəllifinin istifadə etdiyi təxəllüsdür. Romanın hal-hazırda 30-dan çox dildə nəşri mövcuddur. Romandakı hadisələrin cərəyan etdiyi ölkə olan Azərbaycanda "Kurban" "Qurban" kimi tələffüz olunur. Sözün kökü semit dillərinə – ərəb və ivrit dillərinə gedib çıxır. Yaxın Şərq mədəniyyətləri üçün ortaq sayılan ənənəvi dini anlayış olan bu ifadə "qurban" mənasını verir. "Səid" isə "şən", "xoşbəxt" mənalarını ifadə edir. Lakin türk dillərində olduğu kimi, Azərbaycan dilində də sifət isimdən əvvəl gəlir və onu təyin edir. Buna görə də "xoşbəxt qurban", "şən qurban" mənalarının dəqiqliklə ifadə edilməsi üçün sözlər "Səid Qurban" kimi yerini dəyişməlidir. Bu ideya romanın xoşbəxtlikdən uzaq süjet xətti ilə ziddiyyət təşkil edir. Əvvəlindən sonuna kimi romana qəmgin melanxolik mövzu hakimdir.
Sinan Səid
Sinan Səid (1934, Kərkük – 12 iyun 1991, Bağdad) — Türkman əsilli müğənni, alim-pedaqoq, tərcüməçi, jurnalist və publisist. Sənətçi, şair və jurnalist Sinan Səid 1934-cü ildə Kərkük şəhərində anadan olmuşdur. Nəsilli-köklü bir ailəyə mənsub olan Sinan Səid ibtidai və orta təhsilini Kərkükdə başa vurduqdan sonra pedaqoji instituta qəbul olaraq 1952-ci ildə rəsm müəllimi ixtisasından məzun olub. Həmin ildən Kərkük qalasındakı "Tahirə" ibtidai məktəbində müəllim vəzifəsində işləməyə başlayıb. Daha sonra "Qərbiyyə" məktəbinə təyin olunub və 1959-cu ilə qədər orada çalışıb. 1959-cu ildə Beynəlxalq Radionun ərəb şöbəsi fəaliyyətə başlayarkən Sinan Səid müqavilə əsasında Bağdad radiosundan gəlir. 1961-ci ildə SSRİ-yə gedərək Azərbaycan Dövlət Universitetinin (ADU) (indiki Bakı Dövlət Universiteti) Jurnalistika Fakültəsində təhsilini davam etdirib. 1970-ci ilə qədər Bakı Radio və Televiziya Komitəsinin ərəbcə verilişləri şöbəsində çalışmışdır. 1965-ci ildə ADU-nun jurnalistika şöbəsini bitirmiş, 1969-cu ildə Bakıda "İraq-türkman mətbuatı və ədəbi məsələlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sinan Səid mahir diktor idi, gözəl səsi vardı, onun Nərminə Məmmədova ilə birlikdə “Evlərinin Öbü Yonca”, “Hər Gün Axşam Olu Dallam” və “Qızıl Üzük, Yaşıl Qaş”ı adlı mahnılar ifa edib.
Səid Aşina
Səid Aşina — Nyu-York Lanqon tibb mərkəzində nevrologiya tibb dosenti və Nyu-York Lüteran Tibb Mərkəzində Baş ağrısı şöbəsinin rəhbəri. Doktor Aşina tibbi dərəcəsini Danimarkanın Kopenhagen Universitetində qazanmışdır. O, tibbi təcrübəsini Yeni Haven ştatının Yeil Universiteti tibb məktəbinin Müqəddəs Rafael xəstəxanasında almışdır. Səid Aşina nevrologiya rezidensiyasını Albert Eynşteyn tibb kollecində edib. O, Montefior Baş ağrısı mərkəzində və Danimarka Baş ağrısı mərkəzində təhsilini artırmışdır. Doktor Aşina Amerika Psixiatriya və Nevrologiya Şurasının və Nevroloji Müxtəliklərin Vahid Şurasının Baş ağrısı mərkəzində diplomatdır. Beynəlxalq Baş ağrısı Cəmiyyəti Təhsil Komitəsinin üzvüdür. Doktor Aşina həmçinin Baş ağrısı Pozuntularının Beynəlxalq təsnifatının 3-cü nəşri üçün Tension-Type baş ağrısı üzrə Beynəlxalq baş ağrısı cəmiyyətinin baş ağrısı təsnifatı alt komitəsinin üzvüdür. O, Nevrologiya İcmalının redaktoru və Baş ağrısı və Ağrı jurnalının məsləhət şurasının üzvüdür. Səid Aşina Amerika Baş ağrısı Cəmiyyətindən Kliniki Baş ağrısı Yoldaşlıq mükafatı və 2012-ci ildə Avropa Baş ağrısı Federasiyası/Baş ağrısı Tədqiqatları üçün İtaliya Cəmiyyətinin təsis etdiyi Enriko Qreppi mükafatları da daxil olmaqla öz fəaliyyətləri istiqamətində bir sıra mükafatlar əldə etmişdir.
Səid Baduyev
Səid Baduyev (14 sentyabr 1904, Qroznı, Terek vilayəti – 20 dekabr 1943) — Çeçen yazıçısı, Çeçen ədəbiyyatının banilərindən biri. Əsərlərini əsasən çeçen və rus dillərində yazmışdır. Said Baduyev 1904-cü ildə Qroznı şəhərində (Çeçenistan) bir tacir ailəsində anadan olmuşdur. O, uşaq ikən yetim qalır. Said Baduyevin atası Süleyman Urus-Martanda dünyaya gəlir. Süleyman Rus-yapon müharibəsinə qatılır və 1914-cü ildə Petroqradda müharibədə aldığı yaralardan dünyasını dəyişir. Anası Ukayev Zaybat Starıye Atağı kəndindəndir. Səid Baduyev Qroznı real məktəbində oxumuşdur. Təhsil haqqını ödəmək üçün pul çatışmazlığı səbəbindən o, məkdəbdən xaric edilir. 1922-ci ildə Vladiqafqazdakı kooperativ kurslarını bitirir.
Səid Bayramov
Səid Bilalov
Səid Bilal oğlu Bilalov (12 fevral 1941, Söhüb, Quba rayonu – 1997) — kimyaçı alim, kimya elmləri doktoru, professor. S.B.Bilalov 1941-ci il fevralın 12-də Quba rayonunun Söhb kəndində kəndli ailəsində anadan olmuşdur. Orta məktəbi Quba rayonunda bitirdikdən sonra, iki il istehsalatda çalışmışdır. 1959-65-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakultəsində təhsil almışdır. 1963-cü ildən Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laborant və mühəndis vəzifəsində işləmişdir. 1965-ci ildən yeni yaradılmış Aşqarlar Kimyası İnstitutunda baş mühəndis, kiçik və böyük elmi işçi, 1990-cı ildın isə aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1972-ci ildə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildə aprel ayının 6-sinda vəfat etmişdir. S.B.Bilalovun əsas elmi-tədqiqat işləri tərkibində azot, kükürd və fosfor saxlayan üzvi birləşmələrin və onların metal törəmələrinin və kompleks birləşmələrinin sintezinə həsr olunmuşdur. Onun tərəfindən ilk dəfə bir molekulda iki akseptor qrupu və hidroksil qrupu saxlayan aminospirtlərdə, alkoksiaminospirtlərdə və alkiltiospirtlərdə molekullar arası və molekuldaxili hidrogen rabitələrinin mövcudluğu İQ-spektroskopiya üsulu ilə tədqiq edilmişdir.
Səid Cəfərov
Səid Dimayev
Səid Öməroviç Dimayev (çeç. СаьӀид Ума́рович Димаев; 24 avqust 1939, Qroznı – 28 mart 2005 və ya 29 mart 2005, Qroznı) — Çeçen musiqiçisi, bəstəkar, dirijor, Rusiya Bəstəkarlar İttifaqının üzvü, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Mədəniyyət nazirinin müavini (1986-1991), Çeçenistan Respublikası Başçısının mədəniyyət və incəsənət müşaviri (1994- 1995), Ömər Dimayevin oğlu. Səid Dimayev 24 avqust 1939-cu ildə Qroznıda məşhur çeçen musiqiçisi Ömər Dimayevin ailəsində anadan olub. 1957-ci ildə Çeçen-İnquş Musiqi Məktəbinə SSRİ-nin Əməkdar İncəsənət Xadimi, dosent L.M.Şarqorodskinin sinfində bəstəkarlıq fakültəsinə daxil olmuş və 1963-cü ildə onu bəstəkar-nəzəriyyəçi kimi bitirmişdir. Elə həmin il Moskva Dövlət Musiqili-Pedaqoji İnstitutunun musiqi-nəzəri şöbəsinə daxil olub. Lakin sonra fakültəni dəyişərək, bəstəkarlıq fakültəsinə keçib. O, professor Oleq Konstantinoviç Eygesin sinfində bəstəkarlıq təhsili alıb. Sovet bəstəkarı Aram İliç Xaçaturyanın ustad dərsində iştirak etmişdir. 1968-ci ildə institutu bitirdikdən sonra iki il musiqi nəzəri fənləri müəllimi işləmiş, eyni zamanda Qroznı Musiqi Məktəbində polifoniya, harmoniya və forma təhlilindən dərs demişdir. 1970-ci ildə Səid Dimayev Dövlət Çeçen-İnquş Filarmoniyasının bədii rəhbəri oldu.
Səid Hüseynov
Səid Şahin oğlu Hüseynov — Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Mərkəzi Aparatında 2013-cü ildə yaradılmış İctimaiyyətlə əlaqələr şöbəsinin ilk rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının KİV-lərdə kütləvi təbliğinin ilk təşkilatçısı, Azərbaycanda elmi jurnalistikanın yaradılmas ının ilk təşəbbüskarı. Səid Şahin oğlu Hüseynov — 1980-ci il noyabrın 30-da Bakıda ziyalı ailəsində anadan olub[1]. 1997-ci ildə Bakı şəhərində 144 nömrəli orta məktəb i bitirib, 2003-cü ildə isə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilini başa vurub. 1998-ci ildən jurnalistika ilə məşğul olan S. Hüseynov son 18 ildə "Hər gün", "Gülüstan" və "Xalq qəzet i" qəzetlərində çalışıb, "Sara" televiziyasında təcrübə keçib. O, "İctimai TV"də yayımlanmış palçıq vulkanlarına dair sənədli filmin müəllifi və aparıcısıdır. S. Hüseynov 2004-cü ilin fevral ayından etibarən AMEA Geologiya (hazırkı Geologiya və Geofizika İnstitutunun) İctimaiyyətlə əlaqələr şöbəsində çalışaraq institutun KİV-lərlə əlaqələrini qaydaya salıb və xeyli genişləndirib. O, adıçəkilən şöbənin rəhbəri kimi çalışdığı dövrdə institutun tədqiqatlarını yalnız yerli deyil, xarici mediada da geniş məqalələrlə təbliğ edib. Onun elmlə bağlı məqalələrinin dərc olunduğu nəşrlər sırasında ölkəmizin "Azərbaycan", "Xalq qəzeti", "Respublika" və Rusiyanın "Poisk" qəzetləri, ABŞ-nin "Natural History", "Azerbaijan International" və İngiltərənin "New Scientist" jurnallarını qeyd etmək olar. O, xarici mətbuatda Azərbaycanın yalnız elmi tədqiqatlarını deyil, elm siyasətini və ətraf mühitin mühafizəsi istiqamətindəki islahatlarını da işıqlandırıb. S. Hüseynov Azərbaycan elmini xarici mətbuatda ardıcıl işıqlandıran ilk jurnalistdir.
Səid Həccariyan
Səid Həccariyan Kaşani(fars. سعید حجاریان‎, 1954, Tehran) - İran islahatçı siyasi strateq, jurnalist,, demokratiya fəalı və keçmiş kəşfiyyatçı.
Səid Həsənov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Səid Koçxyurski
Səid Koçxyurski (1767 – 1812) — Ləzgi şairi, aşıq. Əsərlərini ləzgi və Azərbaycan dillərində yazmışdır. Amansız feodal zülmünə qarşı səsini qaldırmağa cürət etdiyi üçün kor edilmişdir. Səid Koçxyurski 1767-ci ildə indiki Qürah rayonunun Koçxyur kəndində anadan olmuşdur. Həyatını ehtiyac içində yaşaması məlumdur. Uzun illər Şirvanda işləyir. Səid Koçxyurski hər zaman yerli xanların feodal zülmünə və qəzəbinə qarşı çıxır. Şirvanda işləyərkən Səid Koçxyurski tez-tez Azərbaycanın məşhur aşıqları ilə görüşür. Bunun sayəsində mahnıları qoşma şəklində bəstələnən populyar bir müğənni olur. Həm doğma ləzgi dili ilə yanaşı, eləcə də Azərbaycan dilində eyni dərəcədə yaxşı yazmağı bilirdi.
Səid Maruf
Mir Səif Maruf Lakrani və ya Səid Maruf - İran azərbaycanlılarından olan voleybolçu. O, voleybol üzrə İran yığma komandasının kapitanıdır. O, 2014-cü il Dünya çempionatının, 2008, 2012, 2016-cı il Olimpiya oyunlarının seçmə mərhələsinin ən yaxşı oyunqurucusu seçilmişdir. O, həçmçinin 2013-cü il Asiya çempionatının ən dəyərli oyunçusu da seçilmişdir. O, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya oyunlarında iştirak etmişdir. İran təqvimi üzrə 2015-2016-cı illər mövsümünün ən yaxşı idmançısı seçilmişdir. Səid Maruf 1985-ci ilin 20 oktyabrında Qərbi Azərbaycan ostanının Urmiya şəhərində anadan olmuşdur. Marufun ailəsi İranda voleybolun inkişafı tarixində xüsusi seçilən ailədir. Onun dayıları Cahangir Seyid Abbasi, Nobəxt Seyid Abbasi, Xoşbəxt Seyid Abbasi və onun keçmiş komanda yoldaşı Vahid Seyid Abbasi İranın ən tanınmış voleybolçularından olmuşdurlar. O, məktəb vaxtları qaçışla, basketbolla, həndbolla da məşğul olmuşdur.
Səid Məhəmmədpur
Səid Məhəmmədpurkərkərağ (d. 3 mart 1993, Ərdəbil, İran) — İran idmançısı, ağırlıqqaldıran. 2011-ci ildə Dünya Gənclər Yarışlarında 3 qızıl medal almışdır. Əslən azərbaycanlıdır.
Səid Mətinpur
Səid Mətinpur (22 sentyabr 1976, Zəncan) — Azərbaycanlı milli mədəni fəal, jurnalist, bloger və vicdan məhbusu. Zəncanda türkcə və farsca çap olunan "Omid-e Zəncan", "Peyk-e Azer", "Moc-e Bidari", "Bahar-e Zəncan" həftəlik qəzet və jurnalların redaksiyalarında çalışıb. 2009-cu ildə Tehran İnqilab Məhkəməsinin qərarı ilə 8 il həbsə məhkum edilib. Həbsdə olduğu müddətdə Beynəlxalq Amnistiya Təşkilatı, Sərhədsiz Reportyorlar və Jurnalistlərin Müdafiəsi Komitəsi jurnalist Səid Mətinpuru vicdan məhbusu adlandırıb və onun şərtsiz azadlığını tələb ediblər. 2015-ci ilin avqust ayının 26-da azadlığa çıxıb. Səid Mətinpur 1976-cı il sentyabrın 22-də Zəncanda anadan olub. Tehran Universitetinin fəlsəfə fakültəsini bitirib. Zəncanda türkcə və farsca çap olunan "Omid-e Zəncan", "Peyk-e Azer", "Moc-e Bidari", "Bahar-e Zəncan" və "Dilmac" həftəlik qəzet və jurnalların redaksiyalarında çalışıb. Bu nəşrlərdə Azərbaycan mədəniyyəti, və Azərbaycan türkcəsinin tədrisi və təbliği ilə məşğul olan dərnəklərin işi işıqlandırılıb, yerli yazıçı və şairlərin əsərləri çap edilib. 1990-cı illərdə Zəncanda qurulmuş "İşıq" ədəbi dərnəyinin fəaliyyətində aktiv iştirak edib.
Səid Nəcəfzadə
Səid Əli oğlu Nəcəfzadə (14 yanvar 1999; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən yüngül atlet. 2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. Səid Nəcəfzadə 1999-cu il yanvarın 14-də Sumqayıt şəhərində anadan olub. 2005–2016-cı illərdə Sumqayıt şəhərində F. Piriyev adına 18 nömrəli tam orta məktəbdə təhsil alan Səid Nəcəfzadə, ali təhsilini 2016–2020-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİAA) alıb. 2009-cu ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Vladimir Zayetsdir. Səid Nəcəfzadə 2016-cı ilin may ayında uzunluğa tullanma üzrə şəhər çempionatının qalibi oldu. 2019-cu ilin iyul ayında o, Tunisdə baş tutan beynəlxalq turnirdə 6.80 metr nəticə ilə gümüş medala sahib oldu. 2021-ci ilin iyun ayında Səid Nəcəfzadə Polşada baş tutan Avropa Çempionatında 6.96 metr nəticə ilə turnirin qalibi oldu. 2021-ci ilin avqust ayında isə Səid Nəcəfzadə Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı.
Səid Nəfisi
Səid Nəfisi (fars. سعید نفیسی‎, 8 iyun 1895, Tehran — 13 noyabr 1966, Tehran) — İran ədəbiyyatşünası, yazıçı, tarixçi, ictimai xadim. Tehran universitetinin profesoru (1934), İran Ədəbiyyat və Dil Akademiyasının üzvü (1935). İranın müasir ictimai-siyasi tarixinə, İran, Orta Asiya, Hindistan, rus və Qərbi Avropa ədəbiyyatına dair tədqiqatların, bədii əsərlərin müəllifidir. Babək və Nizami Gəncəvi haqqında tədqiqatları var, 3 dəfə Bakıda olmuş, Ə. Firdovsinin "Şahnamə" poemasının 1000 illiyi şənliklərində (1934), M. F. Axundovun anadan olmasının 150 illik yubileyində (1962) iştirak etmişdir. "Xəzərin o tayına səfərlərim" adlı yol qeydlərində Üzeyir Hacıbəyovla görüşləri haqqında məhəbbətlə söhbət açmışdır. Bəstəkarın Firdovsiyə ithaf olunmuş kantatasını sevə-sevə dinləyən Səid Nəfisi bu əsəri çox yüksək qiymətləndirərək yazmışdır: "...Bakıya gəlməzdən əvvəl də Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun adını eşitmişdim. Onun "Əsli və Kərəm", "Arşın mal alan", "Məşədi İbad" və qeyri əsərləri fars dilinə tərcümə edilmiş və İranda oynanmışdır. Onun musiqi parçaları İran gənclərinin dilinin əzbəridir. ...Cürətlə deyə bilərəm ki, Azərbaycan musiqi cəhətdən Şərqin İtaliyasıdır.
Ulad-Səid
Ulad-Səid (ərəb. أولاد السعيد‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Timimun dairəsinə daxildir. Şəhər vilayətin şimal hissəsində, Bğyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 850 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 343 metrdir.Ulad-Səid kommunasının sahəsi 650 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı - 19 mm). Orta illik temperatur 24,2-dir °C. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,9°C, ən isti ayda (iyulda) 36,6°C-dir.